“Dayaq” Vətən Müharibəsi əlilləri və şəhid ailələrinə iftar verdi — FOTOLAR

SOSİAL 15 apr 2022, 16:00
“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək təşkilatının rəhbərliyi “Benilüks Azərbaycanlıları Konqresi”, “Yüksəliş Gənclər Hərəkatı”, “Boccia İdman Federasiyası” nın tərəfdaşlığı ilə Ramazan ayı münasibətilə Şəhid ailələri və Vətən Müharibəsi Əlilləri üçün iftar süfrəsi təşkil edilib. 

Demokrat.az xəbər verir ki, iftar süfrəsində “Dayaq” təşkilatının sədri Qalib Əliyev 44 günlük Vətən müharibəsi dövrünə qüdrətli Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli, şücaətli Azərbaycan ordusunun erməni vandalları tərəfindən işğal edilmiş Qarabağ torpaqlarımızın düşməndən azad edilməsində göstərdikləri tarixi qələbə Zəfərindən danışıb. 

Q.Əliyev qeyd etdi ki, 44 günlük haqq savaşında vuruşaraq qəhrəmancasına
şəhadətə qovuşmuş Azərbaycan oğullarına, onların ailələrinə, qazilərə, müharibə iştirakçılarına diqqət və qayğı ilə yanaşmaq, mənəvi dəstək olmaq peşəsindən, vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşın insanlıq, soydaşlıq borcu olmalıdır. 
Sədr vurğuladı ki, “Dayaq” Vətən müharibəsi əlillərinə və şəhid ailələrinə dəstək təşkilatı tərəfindən şəhid ailələrinə və qazilərə dəstək istiqamətli sosial layihələrin icrası davamlı olacaq. 

Qeyd edək ki, iftar süfrəsində, şəhid ailələri, Vətən müharibəsi əlilləri, veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.




Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top