Paşinyan: “Erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır”

REGİON 14 apr 2022, 16:44
“Erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır”.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ ətrafında vəziyyətlə bağlı danışarkən bildirib.

Paşinyan müharibənin Şuşa uğrunda getdiyini qeyd edib və əlavə edib ki, Ermənistan hakimiyyəti müharibəni dayandırmağa çalışmadığı üçün tənqid edilir, lakin bu, belə deyil.

“İfadəmə görə üzr istəyirəm, amma biz xalqın qurbanlıq qoyun statusundan çıxması üçün yol açırıq. Müharibədə olub-olmamağı biz seçmirdik, biz heç nəyi həll etmirdik. Bu gün Ermənistanın müstəqil ölkə olduğunu və qərar vermək haqqının ölkəmizə qayıtmasına çalışdığımızı deyirəm. Çünki biz at tövləsi yox, dövlətik. Biz vətəndaşlarıq, müxtəli yerlərdə bizi kəsmək yaxud, əfv etmək qərarı verənlər üçün qurbanlıq qoyun deyilik ”, -deyə  o vurğulayıb.

Baş nazir deyib ki, gələcək nəslin bu statusda saxlanmasına imkan verməyəcək.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top