“Ermənistan anlayır ki, Azərbaycan və Türkiyə ilə münasibətlər qurmağın alternativi yoxdur” — ŞƏRH

SİYASİ 13 apr 2022, 17:40
“Azərbaycanla Ermənistanla arasında Xarici İşlər Nazirliyi başçıları səviyyəsində təmasların olması Azərbaycanın irəli sürdüyü  5 maddəlik sülh sazişi təklifinə qarşı tərəfin də müsbət yanaşmasının işarəsidir”.

Bunu Demokrat.az-a açıqlamasında Türkiyənin Erciyes Universitetində çalışan professor Qafar Çaxmaqlı Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında telefon danışığı şərh edərkən deyib:

“Ermənistan gün keçdikcə anlayır ki, Azərbaycan və Türkiyə ilə münasibətlər qurmağın alternativi yoxdur. Amma Ermənistanın bəzi məsələlərin həllinə baxışı hələ dəyişməyib. Bu, əsasən işğaldan azad edilməmiş və Rusiya sülhməramlıların nəzarətində olan ərazilərdə yaşayan ermənilərin durumu ilə bağlıdır.



Ermənistan gözləyirdi ki, Minsk qrupu diriləcək. Və uzun illər apardığı manipulyativ siyasətilə ermənilərin maraqlarını hansı şəkildəsə davam etdirəcək. Bunun mümkün olmadığı ortaya çıxınca, artıq erməni diplomatiyası fərqli siyasət sərgiləməyə başladı. Yenə də, onlar erməni əhalinin gələcək durumunu dilə gətirirlər. Onlar anlamırlar ki, bu artıq Azərbaycanın iç məsələsidir və bizim qanunlarımızla həll ediləcək”. 

Ekspert qeyd edib ki, bölgədə sülhün bərqərar olması üçün Ermənistan revanşist siyasətindən əl çəkməlidir: “Bu, olmayacaqsa imzalanan sazişlər belə həmin təhlükələri aradan qaldırmayacaq. Hesab edirəm ki,  Ermənistanı sülhə məcbur etmək üçün artıq bəzi sərt tədbirlər həyata keçirmək lazımdır. 

Nəzrin Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top