Fransa hökuməti Ukraynaya yardım xərclərini AÇIQLADI

REGİON 13 apr 2022, 16:25
Fransa hökuməti Ukraynaya kömək üçün yüz milyon avro xərcləyib.

Nazirlər Kabinetinin sözçüsü Qabriel Attal bildirib ki, Fransa Ukraynaya hərbi yardım və avadanlıq üçün artıq 100 milyon avro xərcləyib.

"Hərbi münaqişə başlayandan bəri Fransanın Ukraynaya tədarük etdiyi hərbi texnikanın həcmi 100 milyon avro təşkil edib. Sizə xatırlatmaq istəyirəm ki, hələ 2014-cü ildə Fransa Ukraynaya ilk silah tədarükçüsü olub", - Attal çərşənbə günü hökumət brifinqində deyib.  O əlavə edib ki, Paris Kiyevə hərbi dəstək verməyə davam edəcək.  Bundan əvvəl Fransa KİV-ləri xüsusi əməliyyat başlayandan bəri Fransanın Rusiya ilə qarşıdurmada Ukrayna ordusuna kömək etmək üçün artıq təxminən 120 milyon avro xərclədiyini yazıb.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb.  Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb.  Bunun üçün onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir və martın 25-nə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını xeyli azaldıblar.  Rusiya hərbi idarəsində əsas məqsəd Donbasın azad edilməsi adlandırılıb.

Pərviz 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top