Girovluqdan azad olunan tələbə Azərbaycan diasporuna təhvil verildi

DİASPOR 13 apr 2022, 10:40
Ukraynada Rusiya hərbçilərinin girovluğundan azad olunan azərbaycanlı tələbə Hüseyn Abdullayev Azərbaycan diaspor nümayəndələrinə təhvil verilib.

"Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, proses onun girov saxlanıldığı yerdən 130 km kənarda yerləşən Zaporojye şəhərində həyata keçirilib.

Qeyd edək ki, H.Abdullayevin aprelin 12-də azad edilməsi planlaşdırılsa da, komendant saatının tətbiqi ilə əlaqədar olaraq, proses bu günə təxirə salınmışdı.

Xatırladaq ki, Neftçala rayon sakini olan H.Abdullayev Ukraynada ali təhsil alırdı. O, ötən ay sığınacaqdan çıxaraq avtomobillə Mariupol şəhərini tərk etmək istəyərkən Rusiya hərbçiləri tərəfindən girov götürülmüşdü.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top