Bakıda dənizə düşən sərxoş kişi xilas edildi — VİDEO/YENİLƏNİB

HADİSƏ 10 apr 2022, 23:44
Fövqəladə Hallar Nazirliyi Bakının Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi ilə bağlı məlumat yayıb.

FHN-dən Demokrat.az-a verilən xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupunun qüvvələri cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən xilas edilib.

21:30
Bakının Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşüb.

“Report”un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, 55-60 yaşlarında olan kişinin sərxoş olduğu bildirilir.

İlkin ehtimala görə, sərxoş halda olan şəxs müvazinətini itirdiyindən dənizə yıxılıb.

Dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

<iframe width="823" height="463" src="https://www.youtube.com/embed/DwqW5rr5eD8" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top