Borrel: “Ukraynaya silah tədarükünü sürətləndirmək lazımdır”

DÜNYA 10 apr 2022, 16:31
Ukraynaya silahların çatdırılmasını sürətləndirmək lazımdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

Borrel deyib ki, o, Kiyevə silah tədarükünü Aİ-nin Hərbi Komitəsi ilə müzakirə edəcək.

Aİ diplomatiyasının rəhbərinin sözlərinə görə, silahları bir neçə gün ərzində ötürmək o qədər də asan deyil, bundan başqa, ukraynalılara onlardan necə istifadə etməyi öyrətmək lazımdır.

"Silahlar həlledicidir, sanksiyalar vacibdir, lakin sanksiyalar Donbasdakı döyüşün nəticəsini müəyyən etməyəcək", - Borrel əlavə edib.

O, həmçinin xatırladıb ki, aprelin 11-də Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri Rusiya neftinin idxalına qadağa qoyulması məsələsini müzakirə edəcəklər.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 may 2022, 19:36
Top