DİM: Bu gün keçirilən imtahanlar başa çatdı

SOSİAL 10 apr 2022, 14:47
Bu gün keçirilən inzibati vəzifələrin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı və Dövlət Sərhəd Xidmətinin Xüsusi məktəbinin V sinfinə qəbul imtahanı başa çatıb.

Demokrat.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən, iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahanlar Bakı şəhərində 12 binada təşkil olunub.

İmtahanların idarə olunmasına 12 ümumi imtahan rəhbəri, 34 imtahan rəhbəri, 269 nəzarətçi‑müəllim, 24 buraxılış rejimi əməkdaşı, 12 bina nümayəndəsi ayrılıb.

İlkin məlumatlara əsasən, dövlət qulluğuna qəbul imtahanında bir iştirakçıda mobil telefon aşkar edilib və imtahandan xaric olunub.

Aprelin 11-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq.

İmtahanların nəticəsi yaxın 2 gün ərzində elan olunacaq.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top