Özündən 39 yaş böyük qadınla evlənən kişi hər kəsi təəccübləndirdi

MARAQLI 09 apr 2022, 21:00
83 yaşlı Edna Martin və 43 yaşlı əri Simon hər kəsi təəccübləndirir.

Demokrat.az xəbər verir ki, aralarında 39 il fərq olan cütlük heç nədən çəkinmir və birgə həyatlarını hər kəsə göstərməkdən zövq alırlar.

Cütlük artıq 14 ildir ki, evlidir və bir-birlərini çox sevirlər.

Simon bildirib ki, ilk əvvəl bunu insanlara qəbul etdirmək çox çətin idi, lakin zamanla sevginin gücü sayəsində bu mərhələni geridə qoydular.

Cütlük özlərinin xoşbəxt olduqlarını söyləməkdən qəti narahat olmurlar.



Malik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top