İrəvanda aksiya — Paşinyan nəyə nail olmaq istəyir?

SİYASİ 06 apr 2022, 15:52
Aprelin 5-də Ermənistanda parlamentin müxalif “Ermənistan” və “Şərəf duyuram” fraksiyalarının təşkilatçılığı ilə aksiya keçirilib.

Aksiya iştirakçılarının çağırışları içərisində iki mühüm istiqamət diqqət çəkir:

Birincisi, aksiya iştirakçıları Qarabağın Azərbaycanın tərkibində heç bir statusla olmaması ilə bağlı reavşist şüarlar səsləndiriblər. Bu, Ermənistanın növbəti işğalçılıq niyyətinin, qisasçı siyasətinin ifadəsidir. Aksiya iştirakçıları “nəyin bahasına olursa olsun” deyərək yenidən Azərbaycanla müharibə aparılmasını tələb ediblər. 44 günlük müharibə zamanı ordusu darmadağın edilən, iqtisadiyyatı tamamilə iflic hala düşən Ermənistanın yenidən müharibə istəməsi bir daha göstərir ki, Ermənistan hakimiyyəti mövcud situasiyanı düzgün dəyərləndirmir və Qarabağda, regionda və dünyada baş verən olaylardan doğru nəticə çıxara bilmir. Qəbul etmək istəmirlər ki, Qarabağ müharibəsi bitib və tezliklə Azərbaycan bütün Qarabağ ərazisində öz suverenliyini bərpa edəcək. Yeni müharibə tələbi isə marionet dövlət olan Ermənistanın xəritədən tamamilə silinməsi ilə nəticələnə bilər. Heç şübhəsiz, İrəvanın mərkəzində revanşist və işğalçı iddiaların səsləndirilməsi Paşinyan hakimiyyətinin özünü sığortalama cəhdidir. Paşinyan ermənilərin qisasçı şüarlarına rəvac verməklə Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqları tormozlamaq istəyir.

İkincisi, Brüssel görüşü öncəsi askiyada “Ermənistan Nikolsuz”, “Nikol satqındır”, “Ermənistan, qalx” şüarları səsləndirilib. Bu, Paşinyanın özünün qurduğu bir süni səhnədir. Demək istəyir ki, sülh müqaviləsi imzalamağa hazıram, amma Ermənistanın da şərtləri nəzərə alınmalıdır. Ancaq bu tamamilə absurddur! Məğlub, kapitulyasiyaya imza atan Ermənistanın hansı şərtlərlə çıxış edə bilər? Sülh müqaviləsinin imzalanması ilə bağlı aparılan danışıqlarda şərtlərini diktə edə biləcək bir dövlət var - o da Azərbaycandır! Özünü ani , təhlükəli proseslərdən qorumağa çalışan Paşinyanın İrəvanın mərkəzində müxalif qüvvələrin əli ilə tamaşa qurması onun zaman udmaq cəhdidir. Ancaq Paşinyanın, bütövlükdə Ermənistanın başqa yolu, seçimi yoxdur. Ermənistan məcburən sülh müqaviləsinə də imza atacaq, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi aparılacaq, Ermənistanın bundan sonra Azərbaycan torpaqlarına olan iddiaları, “Qarabağ xəstəliyi” tamamilə bloklanacaq. Əgər Ermənistan Azərbaycanın şərtləri altında sülh müqaviləsinə imza ataraq öhdəliklərinə sadiq qalacaqsa, o zaman müxtəlif regional layihələrdən də faydalan biləcəklər. Əks təqdirdə Ermənistan içərisində olduğu bataqlığın dibinə yuvarlanacaq, ölkədə sosial problemlər daha da dərinləşəcək və siyasi təlatümlər idarəolunmaz həddə çatacaq.

Ermənistan hakimiyyəti aksiyalar vasitəsilə həm də Serj Sarkisyan və Robert Koçaryanın qisasçı mövqüyini ifadə etmətə çalışır.

Nəzərə almaq lazımdır ki, Paşinyan özünün məntiqsiz və daxili auditoriyaya hesablanmış addımları ilə ötən ilin dekabrında da çıxılmaz duruma düşmüşdü. Azərbaycan sülhpərvər, sivil dövlətdir, Ermənistan rəsmi Bakı ilə səmimi danışıqların aparılması üçün revanşist niyyətdən birdəfəlik əl çəkməli və mövcud şərtlər altında müqaviləyə imza atmalıdır.

Mühüm məqamlardan biri odur ki, Rusiya-Ukrayna müharibəsi fonunda İrəvanın tutduğu mövqe yaxın gələcəkdə Ermənistanı daha ağır şərtlərə doğru itələyəcək.

Samir Feyruzov
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top