Milli Məclis Bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzəni qəbul etdi

DAXİLİ SİYASƏT 05 apr 2022, 13:07
Milli Məclis Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini qəbul edib.

Demokrat.az xəbər verir ki, məruzə barədə ədliyyə nazirinin müavini Vilayət Zahirov məlumat verib.

Onun sözlərinə görə, keçən il yerli özünüidarəetmənin inkişafı, bələdiyyə fəaliyyətində qanunçuluğa əməl edilməsi istiqamətində tədbirlər Ədliyyə Nazirliyinin diqqət mərkəzində saxlanılıb.

O, nazirliyə daxil olan 80359 bələdiyyə aktının, o cümlədən bələdiyyələrin fəaliyyəti ilə bağlı 4504 müraciətin araşdırılması ilə bağlı görülən müvafiq tədbirləri, aparılan təhlilləri deputatların diqqətinə çatdırıb.

Nazir müavini qeyd edib ki, ötən dövrdə korrupsiya hüquqpozmalarına şərait yaradan hallar müəyyən edilərək onların aradan qaldırılması üzrə tədbirlər görülüb, bələdiyyələrin maarifləndirilməsi davam etdirilib, bələdiyyə işçilərinin peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılıb.

V.Zahirov daa sonra bildirib ki, yerli özünüidarəetmə sahəsində fəaliyyətin əlaqələndirilməsi istiqamətində Milli Məclislə sıx əməkdaşlıq aparılıb və bələdiyyələrlə bağlı deputatlar tərəfindən səsləndirilən təklif və fikirlər öyrənilib, onların nəzərə alınması üzrə tədbirlər görülüb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top