ABŞ Hindistanı Rusiyadan neft almamağa çağırdı

DÜNYA 05 apr 2022, 13:03
“ABŞ Hindistanı Rusiya neftini almamağa çağırıb”.

Demokrat.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki bildirib. Onun sözlərinə görə, hazırda Birləşmiş Ştatlar bu məsələ ilə bağlı Hindistanla danışıqlar aparır.

Mətbuat katibi qeyd edib ki, hazırda Hindistanın ümumi enerji idxalının yalnız 1-2 faizi Rusiyanın payına düşür: “ABŞ Rusiyadan neft və qaz alan istənilən ölkə ilə bu ölkədən yanacaq idxalını dayandırmağa və ya ən azından ondan asılılığını azaltmağa kömək etmək üçün tərəfdaş olmaqdan şad olar”.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top