Gəncədə tanışını bıçaqlayan şəxsə şərti cəza verildi

KRİMİNAL 04 apr 2022, 15:39
Gəncə şəhərində 1992-ci il təvəllüdlü Elvin şəxsi münasibətlər zəminində tanışı Quluya (adlar şərti verilib – red.) xəsarət yetirib.
 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Elvin 27 iyul 2021-ci ildə, saat 15 radələrində Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən “Ehsan” bulağı adlanan yerin qarşısında tanışı Qulu ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisəsi olub. Mübahisə zamanı Elvin özündə olan bıçaqla Quluya zərə vurub.

İstintaq orqanı tərəfindən Elvinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Kəlbəcər rayonundan məcburi köçkün olduqdan sonra Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU ətrafında yerləşən təzə məhlələrdə yaşayıb: “Qulu və Valehi uzun müddətdir ki, tanıyıram. Həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyim olmayıb, münasibətlərim normal olub. Qulu mənim sinif yoldaşım olduğu üçün münasibətlərim daha yaxşı olub”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyulun 25-də Qulu onun bibisi oğlu Nadirin qabağını kəsib və ona bibisi Səbinəgilə getməməyi deyib. Buna görə onların mübahisəsi böyüyüb və mübahisə zamanı Elvin Qulunu bıçaqla vurub. 

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmə Elvinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.  Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top