Gədəbəydə otlaq sahəsi üstündə 2 nəfər bıçaqlandı

HADİSƏ 02 apr 2022, 19:20

Gədəbəydə otlaq sahəsi üstündə dava baş verib.

Hadisə rayonun Düz Rəsullu kəndində qeydə alınıb.

1971-ci il təvəllüdlü Qurban Əhmədov kənd sakini 1984-cü il təvəllüdlü Zahir Bayramov və 1982-ci il təvəllüdlü Ədil Rzayevə atı hörüyə bağlamaq üçün istifadə edilən dəmir parçası ilə xəsarət yetirib.

Z.Bayramov yuxarı və aşağı ətrafların açıq yarası, Ə.Rzayev isə döş qəfəsinin deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top