Kiyevin Kreml qarşısında DİRƏNİŞİ — Ukraynadakı vəziyyətin 3 amillə İZAHI / ŞƏRH

SİYASİ 31 mar 2022, 16:10
"Rusiyanın danışıqlardakı mövqeyinin hansı formada olmasına baxmayaraq, ukraynalılar silahı yerə qoymur”.

Bunu Ukraynadakı vəziyyətlə bağlı sabiq səfir, Ukrayna Maliyyə Nazirliyinin Maliyyə İdarəetmə Akademiyasının rəhbərinin müavini - təşkilati işlər və beynəlxalq əlaqələr üzrə vitse-prezident Azər Xudiyev Sfera.az-a danışarkən bildirib.
 
O, 4 milyona yaxın şəxsin Ukraynanı tərk etdiyini deyib:

"Mən hazırda Kiyev şəhərindəyəm. Ukraynadakı vəziyyəti3 amillə izah etmək olar.
 
Bunlardan birincisi hərbi amildir. Belə ki, bu gün Ukraynanın bütün gələcəyi Ukrayna Hərbi Qüvvələrindən asılıdır. Ukrayna döyüşçülərinin göstərdiyi rəşadət bütövlükdə xalqın xəritədə mövcudluğu məsələsidir.
 
İkinci məsələ isə siyasi məsələdir. Bu gün Prezident Zelenski yürütdüyü siyasətlə xalqı öz ətrafında toplaya, rəğbət qazana bilib.
 
Üçüncü məsələisə iqtisadiyyatla bağlıdır. Bəllidir ki, artıq iqtisadiyyatın bir sıra sahələrində durğunluqdur, insanlar işləmir, 4 milyona yaxın şəxs ölkəni tərk edib. Müharibə olarkən diplomatiya iki-üç qat daha çox işləməlidir. Bu gün Ukrayna diplomatiyasının əsas məqsədi bütün dünyanın gözünün bu ölkə üzərində olması, diqqətin müharibəyə çəkilməsidir. Türkiyədə danışıqlardan sonra da Rusiya tərəfi bəlli etdi ki, təslim olmaq xarakterli çıxışların olmasını istəmir. Ukraynalılar da rus xislətini bildiyi üçün hərb meydanında geri çəkilmirlər. Bu gün Ukrayna qüvvələri Avropa tarixində qəhrəmanlıq səlnaməsi yazır”.

Müsahibimiz Ukraynada yaşayan azərbaycanlıların da müdafiəyə qalxdığını deyib:

"Ukraynada yaşayan azərbaycanlıların bir qismi müharibə başlayan kimi ölkəni tərk etdilər. Lakin bəzi azərbaycanlılar ailələrini etibarlı bir ölkədə yerləşdirdikdən sonra yenidən Ukraynaya qayıdıb. Onların çoxu əlinə silah götürüb Ukraynanın müdafiəsinə qalxıb. Müharibə şəraitində yaşadığmız üçün bəzi soydaşlarımız maliyyə çətinliyi ilə üzləşir, lakin bu da mərhələli şəkildə həll olunur. Ukraynanın dirənişindən postsovet ölkələrinin gələcəyi asılıdır”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top