ATƏT sədri Ermənistana xəbərdarlıq edəcək

XARİCİ SİYASƏT 31 mar 2022, 13:55
“ATƏT Azərbaycan və Ermənistan arasında sülh prosesinə və dialoqa töhfə verməyə hazırdır”.

Demokrat.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.

“Cənubi Qafqazda sülhün bərpa olunması ilə bağlı Ermənistanı ehtiyatlı davranmağa çağıracağam. Biz itkinlərin taleyinin həll edilməsi, demarkasiya prosesinə də töhfə verməyə hazırıq. Bizim əsas məqsədimiz uzunmüddətli sülhü təmin etməkdir”, - o vurğulayıb.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top