Xanım Sədr haqqında bir neçə söz...

GÜNDƏM 30 mar 2022, 14:30
Sahibə xanım Qafarova hər şeydən öncə Azərbaycan qadınıdır. Alimdir, ali məktəb auditoriyalarından tutmuş Milli Məclisdəki 12 illik şərəfli fəaliyyəti dövründə vətəninə, dövlətinə ləyaqətlə xidmət edərək nümunəvi davranışları ilə hər zaman diqqət çəkib, təqdir olunub.

Alim kimi gənc intellektli ordunun hazırlanması istiqamətində ciddi ugurlara imza atıb.

Deputat olaraq seçicilərinin qaygılarına heç zaman səssiz qalmayıb. Mükəmməl fəaliyyəti ilə seçildiyi dairənin bu gün də şəriksiz lideri ola biləcək bir siyasətçidir.

Və nəhayət sədr kimi Milli Məclisdə tam demokratik bir mühit yaradıb.

Milli maraqlarımızı əsas vəzifəsi hesab edən Sahibə xanım istər ölkə daxilində, istər xarici ölkələrə səfərləri çərçivəsində xalqımızı ləyaqətlə təmsil edərək fəaliyyəti ilə hər birimizə başucalıgı gətirib.

Elə bu günlərdə Qazaxıstan Respublikasına səfərində də ğörüşləri, qəbulları, çıxışları ilə ölkəmizi layiqincə təmsil etməkdədir.

Sahibə xanım Qafarovanın Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən MDB PA Şurasının iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyanın sərsəm, mənasız, mahiyyətcə çürük iddialarına özünəməxsus, tutarlı və mükəmməl cavabı erməni yalanının mötəbər tribunada növbəti ifşası ilə nəticələndi.

Təəssüf hissi ilə qeyd edim ki, bəzi sosial media “qəhrəmanları” xanım spikerin iclasda səsləndirdiyi və ölkəmizin milli maraqları üçün vacib olan olduqca əhəmiyyətli cavabını heç nə olmayıbmış kimi bir yana qoyaraq, texniki bir yanlışlıqdan yapışaraq mənasız şou düzəldirlər.

Anlamırlar ki, bu milli məsələdir, milli məsələdə yalnız dövlət amili var.

Sahibə xanım Simonyana və iclas iştirakçılarına sübut etdi ki, ordumuz tərəfindən suveren ərazilərimizdə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi prosesi aparılır. Buna baxmayaraq, qanunsuz erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərir.

Hansısa texniki səhv yox, əsl müzakirə olunası mövzu budur.

Düşünürəm ki, diqqətli olmalı, sosial media üzərində məsuliyyətsiz və mənasız müzakirələrdən uzaq durmalı, hər birimiz milli məsələdə dövlətin yanında durmalıyıq. Söhbət həm də Qarabagdan gedirsə…

Rəşad Mahmudov,
Tibb Elmləri doktoru, Milli Məclisin üzvü
Demorkat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top