“YAŞAT” Fondu tərəfindən Vətən müharibəsi iştirakçısına DƏSTƏK

GÜNDƏM 30 mar 2022, 14:08
"Vətən müharibəsi iştirakçısı Cəfərov Sədi Sahib oğlunun bəzi sosial şəbəkələrdə yayılan videomüraciətilə bağlı araşdırma aparmaq üçün onunla telefon əlaqəsi yaradılıb".

Demokrat.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili açıqlama verib.

Onun sözlərinə görə, vətəndaş bildirib ki, ailə 12 nəfərdən (atası, anası, qardaşı və onun ailəsi, özü, həyat yoldaşı və 1 azyaşlı övladı) ibarətdir, Ağcabədi rayonu Təzəkənd kəndində yaşayırlar. Ailənin əmək qabiliyyətli üzvləri işsizdir, lakin pay torpaq mülkiyyətçiləridir:

"Sədi Cəfərovun həyat yoldaşı Elnarə Cəfərova ünvanlı sosial yardımla bağlı 21.01.2021-ci il tarixdə müraciət edib. Lakin onun bu müraciətinə elektron sistem tərəfindən imtina verilib. Səbəb isə Ərizə-bəyannamədə məşğulluq və digər məlumatların düzgün qeyd edilməməsi olub. Vətəndaşa sosial yardımla bağlı elektron qaydada müraciət edərkən ərizədə bu məlumatların, o cümlədən ailənin mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpağa aid məlumatların düzgün göstərilməsinin vacibliyi bildirilib. Yeni müraciətdə məlumatların doğru olması ailənin sosial yardımla təmin edilməsi üçün əsas ola bilər. Sədi Cəfərov həmçinin 29.06.2021-ci il tarixdə iribuynuzlu heyvandarlıq zərfi üzrə Özünüməşğulluq proqramına cəlb olunub. Yaxın müddətdə ona kiçik təsərrüfat yaradılacaq. Vətəndaşın əlilliyinin qiymətləndirilməsinə gəlincə, 06.08.2021-ci il tarixində o, əyani müayinə olunub, hazırki vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib".

R. Mehdili qeyd edib ki, Sədi Cəfərovun ailəsinə 550 manat sığorta ödənişi və “YAŞAT” Fondu tərəfindən maddi-məişət şəraitinin yaxşılaşdırılmasına dəstək olaraq 2500 manat maddi yardım edilib.

Rza
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top