Rusiya-Ukrayna müharibəsinin mediaya təsirləri

MEDİA 30 mar 2022, 12:47
Rusiya-Ukrayna müharibəsinin mediaya təsirləri və ən ağır faktlar silsiləsindən:

- 150-dən çox rusiyalı jurnalist təhlükəsizlik məqsədilə Rusiyadan  qaçıb, ayrı-ayrı ölkələrə sığınıblar. Onlar, Rusiyada qəbul edilmiş yeni qanun çərçivəsində 15 il  həbs və ya yüksək məbləğdə cərimə oluna biləcəklərindən ehtiyatlanaraq ölkədən qaçıblar. Qeyd edək ki,   Rusiyada müharibə dövründə informasiya mühitini tənzimləmək üçün yeni qanun qəbul edilib. Qanuna əsasən, Ukraynada  Rusiya tərəfindən aparılan hərbi əməliyyatları “işğal” və ya “müharibə” adlandıran KİV qurumları bağlanılmalı, yüksək məbləğdə cərimələnməlidir. Bu ifadələri işlədən jurnalistlər, xəbər istehsalçıları cinayət məsuliyyətinə cəlb edərək   15 ilə qədər həbs edə bilərlər.

- 12 jurnalist qətlə yetirilib. Məlumatı  Ukrayna Baş Prokurorluğu yayıb. Beynəlxalq jurnalist təşkilatları bu faktlardan 6-nı artıq təsdiqləyiblər. Həlak olan 6 nəfər haqqında bilgiləri saytlarında yerləşdiriblər. digərləri haqqında araşdırmalar davam edir.

- 10 jurnalist ağır bədən xəsarətləri alıb, ölümcül halda yaralanıb. 50-dən çox journalist ümumi xəsarət alıb. Ukrayna Baş Prokurorluğu və Beynəlxalq jurnalist təşkilatları qeyd edirlər ki, Rusiya tərəfi media işçilərini bilərəkdən hədəf seçirlər.

- 11 nəfər jurnalist Rusiya Hərbçiləri və xüsusi xidmət orqanları tərəfindən  oğurlanıb, ağır işgəncəyə məruz qalıb. Onlar  Rusiya nəfinə casusluq etməyə, yaxud, Ukraynanın haqsız olduğunu söyləməyə məcbur edilirlər.  Foto journalist  Maks Levin olayı bu faktı təsdiqlənib.

Müşahidə və araşdırmalarımız davam edir. Yeni faktları tezliklə təqdim edəcəyik




Media mütəxəssisi Müşfiq Ələsgərli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top