Şəhriyar Məmmədyarov yarımfinalda

GÜNDƏM 29 mar 2022, 20:22

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində yarımfinala vəsiqə uğrunda almaniyalı Vinsent Kaymerlə qarşılaşıb.

Demokrat.az xəbər verir ki, hər iki qrossmeyster B qrupunu eyni - 3,5 xalla başa vurduğundan qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılıb.

İlk qarşılaşmada ağ fiqurlarla oynayan Məmmədyarov rəqibini məğlub edib. Qara fiqurlarla ikinci dueldən məğlub ayrılan 37 yaşlı şahmatçı növbəti iki oyunda qələbə qazanaraq, adını yarımfinala yazdırıb. Məmmədyarov bu raundda rəqibi ABŞ təmsilçisi Hikaru Nakamuranı sınağa çəkəcək.


Həsən
​​​​​​​Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top