Köçkün ailələri ilə Razılaşma Protokolu imzalanır — Qarabağa qayıdış prosesinə start verildi

QARABAĞ 27 mar 2022, 16:57
Ölkənin müxtəlif bölgələrində məskunlaşan məcburi köçkünlərin azad olunmuş bölgələrə qayıtması üçün sənədləşmə işlərinə start verilib.

Bu barədə Gununsesi.info-ya hökumətdəki mənbələr deyib.

Məlumata görə, Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinə bununla bağlı təlimat verilib.

Təlimata görə, komitə əvvəlcədən müəyyən  edilmiş rayon və kəndlərin sakinləri ilə qayıdışla əlaqədar olaraq İlkin Razılaşma Protokolunu imzalamalıdır.

Artıq belə Protokol Ağdam şəhəri və şəhərə birləşdiriləcək ( Çuxurməhlə, Keştazlı, Qarazeynallı, Qullar, Seyidli, Bozpapaqlar, Sarıhaclı, Muradbəyli, Pərioğlullar, Ağdamkənd) kəndlərində daimi qeydiyyatda olan sakinlərin ailə başçıları ilə imzalanıb.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top