BMT bayrağı Şuşada — Bu, Azərbaycanın ərazi toxunulmazlığının təsdiqidir

SİYASİ 19 mar 2022, 11:45
Azərbaycan 1992-ci il mart ayının 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvlüyünə qəbul olunub. BMT üzvləri içərisində dünyada sülhün qorunması üçün vahid konsepsiyaya malik olan azsaylı ölkələrdən biri də məhz Azərbaycandır. 

Azərbaycan yeganə BMT üzvüdür ki, real və tarixi addımlar ataraq böyük bir coğrafiyanı terrorçulardan təmizləməyi bacardı. Qarabağın erməni terrorçularından təmizlənməsi əslində BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 nömrəli qətnamələrinin icrası demək idi. BMT-Azərbaycan tərəfdaşlığının təhlili onu deməyə əsas verir ki, rəsmi Bakı beynəlxalq qurumlar üçün əvəzsiz tərəfdaşdır.

Dünən, mart ayının 18-də Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunan toplantı keçirilib. Toplatıda ən əlamətdar hadisələrdən biri BMT bayrağının Şuşada dalğalanması olub.

Bu hadisəni özündən əvvəlki və tarixi əhəmiyyəti ilə seçilən tədbirlərin davamı da adlandırmaq olar:

- Şuşa Festivalının keçirilməsi

- Şuşa Bəyannaməsinin imzalanması

- Şuşanın türk dünyasının “Mədəniyyət paytaxtı” elan olunması

BMT-nin bayrağının Şuşada dalğalanması;

- Azərbaycanın ərazi toxunulmazlığının təsdiqidir

- Şuşanın Azərbaycanın qələbəsinin əsas simvolu kimi qəbul edilməsidir

- Ermənilərin iddialarına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünün gələcəkdə də BMT çərçivəsində mübahisələndirilməsinin yolverilməz olduğunun ifadəsidir

- Keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə təhlükəsiz və layiqli qayıdışının təmin edilməsinə beynəlxalq dəstəyin ifadəsidir

- İşğaldan azad edilən ərazidə Azərbaycanın qlobal təşəbbüslərinə beynəlxalq dəstəyin ifadə olunmasıdır

Samir Feyruzov
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top