“Rocket League” Avropa çempionatına qeydiyyat davam edir

İKT 15 mar 2022, 16:12
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində baş tutacaq “Rocket League” üzrə Avropa çempionatına qeydiyyat davam edir.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” Türkiyə Teknoloji Takımı Vakfının (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26 – 29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək. 

“Rocket League” üzrə Avropa çempionatında Azərbaycanın və Avropanın ən güclü komandaları Mükafat fondu uğrunda mübarizə aparacaqlar.

Beynəlxalq tədbirdə iştirak etmək istəyən kiber atletlər https://baku2022.azkif.az/ elektron səhifəsinə daxil olaraq milli seçmə mərhələsi üzrə qeydiyyatdan keçə bilərlər. 

Yarışın şərtlərinə əsasən yaş həddi 16-dan yuxarı olan Azərbaycan vətəndaşları sözügedən tədbirdə iştirak edə biləcəklər. Yarış komanda şəklində (3x3 formatda) “Baku Cristal Hall”da təşkil olunacaq. Sözügedən beynəlxalq yarışda Avropadan 160-a yaxın komandanın iştirakı gözlənilir.

Qeyd edək ki, beynəlxalq tədbirin təşkilatçısı Avropa və Azərbaycan Kiber İdman Federasiyalarıdır. Bununla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq turnirə təşkilati və maliyyə dəstəyi göstərir.

“Rocket League” mərhələsi üzrə Mükafat fondu 15.000 ABŞ dolları təşkil edir. 

Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 01 aprel 2022-ci ildir.

Rza
Demokrat.az



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top