Şəmsəddin Xanbabayev YAP-dakı vəzifəsindən də uzaqlaşdırıldı

DAXİLİ SİYASƏT 28 yan 2022, 21:41
Şəmsəddin Xanbabayev Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz rayon təşkilatının sədri vəzifəsindən uzaqlaşdırılıb.

Demokrat.az
-ın məlumatına görə, hakim partiyanın İdarə Heyətinin bugünkü iclasında onun yerinə yeni təyinat aparılıb. Belə ki, İdarə Heyətinin qərarına əsasən, Balaqadaşov Məhəmməd Müslüm oğlu YAP Xaçmaz rayon təşkilatının sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Şəmsəddin Xanbabayev 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, həmin il YAP rayon təşkilatının sədri seçilib./Modern.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top