ANAMA sədri: “Bərdə-Ağdam dəmiryol xəttinin 10 kilometrlik hissəsi minalardan təmizlənib”

QARABAĞ 28 yan 2022, 17:49
Ağdamın işğaldan azad edilən ərazilərindən keçən dəmiryol xəttinin 10 kilometrlik hissəsi mina və partlamamış hərbi silah-sursatlardan təmizlənib.

Bu barədə "Report"un Qarabağ bürosuna Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov bildirib.

V.Süleymanov əlavə edib ki, hazırda Ağdam rayonu ərazisində icra olunan Bərdə-Ağdam dəmiryol xəttinin uzunluğu 26,3 kilometrdir:

"ANAMA artıq bunun 10 kilometrlik hissəsini təmizləyib və 6 kilometri artıq təhvil verilib. Qalan 4 kilometrlik məsafə də gələn həftə təhvil veriləcək. Bu ərazi keçmiş təmas xəttindən keçən bir ərazidir. Burada çox sayda minalar və partlamamış hərbi silah-sursatlar var və çirklənmə səviyyəsi yüksəkdir. Bəzi hallarda biz burada ancaq əllə təmizləmə işləri aparırıq. Burada xüsusi təlim keçmiş itlərdən və mexaniki təmizləmə üsullarından istifadə etmək olmur. Bu il ərzində planlaşdırılan işlərə görə, Ağdam rayon ərazisində 49 200 hektara yaxın ərazi təmizlənəcək. Burada müxtəlif layihələr icra olunur. Bərdə-Ağdam avtomobil yolu layihəsi artıq hazırdır. Ağdam-Bərdə dəmiryol xətti, Ağdam-Xındırıstan elektirik layihəsi, Ağdam-1, Ağdam-2 yarımstansiyalarını birləşdirən elektirik xətlərinin çəkilişi tam təhvil verilib. Ümumiyyətlə ötən il ərzində Minatəmizləmə Agentliyi 59 layihənin icrasına başlayıb. Onlardan 48 layihə tamamlanıb və təhvil verilib".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top