“Azərbaycan Gənclər Günü – 25” adlı onlayn forum keçirildi — FOTOLAR

SOSİAL 28 yan 2022, 16:31
Bu gün 2 fevral –Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibəti ilə "Gənclər Həftəsi" çərçivəsində Salyan, Sabirabad, Saatlı, Hacıqabul, Neftçala, İmişli, Beyləqan rayonları və Şirvan şəhər Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə “Azərbaycan Gənclər Günü – 25” adlı onlayn forum keçirilib.

Demokrat.az xəbər verir ki, onlayn forumda ilk öncə çıxış edən Sabirabad rayon  Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev 2 Fevral Azərbaycan Gəncləri Günü münasibəti ilə gəncləri təbrik etdi və bildirdi ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Sonra çıxış edən Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Günel Yaqubova bildirdi ki, Ulu Öndər Heydər Əliyevin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır.Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident cənab İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir.Təsadüfi deyil ki, Xalqımızın qalib olduğu vətən müharibəsində Azərbaycan Gəncləri xüsusi fədakarlıqla iştirak edərək məğrur ordumuzun möhtəşəm qələbə qazanmasında danılmaz rol oynadı.

Tədbirdə çıxış edən Saatlı rayon  Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov qeyd etdi ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bunun möhkəm olması isə yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlığından asılıdır. Səbəbsiz deyil ki, bütün dövrlərdə millətinin adını tarixə yazan da elə sağlam gənc qüvvələr olub. Bunu bilən ümummilli liderimiz Heydər Əliyev də belə qüvvə yaratmaq arzusunda idi. Artıq bu gün Heydər Əliyevin arzuladığı gənclik yetişib. İndi onların məqsədli şəkildə irəlilədiyi bir yol var. 

Sonra Neftçala rayonundan Fərhad  Baxışov, Şirvan şəhərindən Hüseyn İsmayılov və digər gənclər çıxış edərək bildirdilər ki, bu gün Ulu Öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə yüksəlib.  Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti nəticəsində gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevrilmişdir. 

Bir 13 nəfər və mətn şəkili ola bilərBir 6 nəfər və mətn şəkili ola bilərBir 7 nəfər və mətn şəkili ola bilərBir 14 nəfər və mətn şəkili ola bilərBir 7 nəfər və mətn şəkili ola bilərBir 4 nəfər və mətn şəkili ola bilərBir 6 nəfər və mətn şəkili ola bilərBir 6 nəfər, ekran və mətn şəkili ola bilər

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top