AŞPA həmməruzəçisi avroparlamentariləri Azərbaycana səfər etməyə çağırdı

XARİCİ SİYASƏT 28 yan 2022, 14:47
“Azərbaycanı anlamaq üçün bu ölkəyə səfər etmək lazımdır”.

“Report”un Fransa bürosu xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak qurumun qış sessiyasında monitorinq prosedurlarına həsr edilmiş müzakirələr zamanı bildirib.

“Ölkələrdə gedən prosesləri dərindən anlaya bilmək üçün vaxt tələb olunur. Bunun üçün gedib reallıqları yerində görmək lazımdır. Mən Azərbaycan üzrə uzun illərdir ki, AŞPA-nın həmməruzəçisiyəm. Azərbaycana dəfələrlə səfərlər etmişəm. Bu ölkəni anlamaq üçün ora səfər etmək lazımdır. Ölkələrdə gedən proseslərin yaxşılaşması, müsbət dəyişikliklərin baş verməsinə kömək etmək üçün səfərlərin sayını artırmaq lazımdır", - o deyib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top