“Pullar korrupsiya yolu ilə əldə edilibsə, bu, cinayətdir” — Abuzərlinin dəbdəbəli həyatı ilə bağlı AÇIQLAMA

GÜNDƏM 28 yan 2022, 13:47
BAXCP sədri, deputat  Qüdrət Həsənquliyevin şəriki və dostu Oqtay Abuzərovun Dövlət Gömrük Komitəsində işləyən oğlu 20 yaşlı Xalid Oqtay oğlu Abuzərli dəbdəbəli həyatı ilə gündəmdədir. 

Demokrat.az "32gun.az" saytına istinadən xəbər verir ki, DGK-nın 20 yaşlı əməkdaşı özünün təmtəraqlı həyat tərzini sosial şəbəkələrdə nümayiş etdirməkdədir. Dünyanın müxtəlif ölkələrindən rəngarəng fotolar paylaşan X.Abuzərlinin bahalı avtomobil kolleksiyası da göz oxşayır. X.Abuzərli müxtəlif markalı bahalı avtomobillərin üzərində “90 LJ 900” dövlət nömrə nişanından istifadə edir. Ona məxsus olan son model “Mercedes”, “Audi Q7”, “Toyota Camry” markalı maşınların hamısının üzərinə 90 LJ 900 dövlət nömrə nişanı vurulub. Bütün bunlar isə qanuna ziddir. Onu da bildirək ki, X.Abuzərli Londonda təhsil alıb.

Qeyd edək ki, mətbuatda gedən məlumatlara görə,BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin ölkənin dörd bir yanını əhatə edən biznes imperiyasının böyük bir hissəsini Oqtay Abuzərov adlı şəxs idarə edir. Əslən Salyan rayonundan olan Oqtay Abuzərov vaxtilə ən radikal cəbhəçilərdən biri olub.
 
Yayılmış məlumatlarla bağlı fikirlərini Demokrat.az-a bölüşən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, bütünlükdə dəbdəbəli həyatın özü nadanlığın, cahilliyin əlamətidir. 



Partiya sədri bildirib ki, bu kimi hallar kompleksli insanlarda olan şeydir:

“Dünyanın ən varlı adamları belə çalışırlar ki, mütəmadi bir həyat sürsünlər, çünki insanı insan edən onun malik olduğu sərvət deyil, şəxsi ləyaqətidir, bacarığıdır, qabiliyyətidir. İndi bu adam qanuni yollarla pul qazanıbsa, belə xərcləyirsə, nə deyə bilərik? Əgər korrupsiya yolu ilə əldə edilibsə, bu artıq cinayətdir, gərək hüquq-mühafizə orqanları tədbir görə, araşdıra. Bu adam bunu haradan oğurlayıb? Necə oğurlayıb? Kiminkini oğurlayıb?".

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top