“Azərişığ”ın əməkdaşını cərəyan vurdu

HADİSƏ 28 yan 2022, 09:35
Yanvarın 27-i saat 13 radələrində Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Namus Miriyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Salyan rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, “Azərişıq” ASC-nin Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin Salyan elektrik şəbəkəsinin Qaraçala şəbəkə sahəsində elektrik montyoru işləyən Namus Miriyev rayonun 1-ci Varlı kəndində elektrik naqilini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hazırda faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top