Qırğızıstan və Tacikistan danışıqlara başladı

DÜNYA 28 yan 2022, 00:45
Qırğızıstanın Batken vilayətinin qubernatoru və Tacikistanın Soqdiysk əyalətinin qubernatorları arasında sərhəddəki atışma ilə bağlı danışıqlar başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Qırğızıstanın Sərhəd Xidməti məlumat yayıb.

Qeyd edilir ki, tərəflər sərhəddə görüş keçirirlər.

“Qırğızıstan Respublikasının Sərhəd Xidmətinin İnformasiya və Rabitə İdarəsi bildirir ki, Qırğızıstan Respublikası Prezidentinin Batken vilayəti üzrə səlahiyyətli nümayəndəsi A.Alimbayev və Qırğızıstan Respublikasının Sərhəd Xidmətinin Batken üzrə sərhəd nümayəndəsi, polkovnik K.Tolonbayev Tacikistanın Suqd vilayətinin qubernatoru və Tacikistan Respublikasının sərhəd nümayəndəsi ilə görüş keçirib. Görüş 28 yanvar 2022-ci il saat 01:43-də başlayıb və Batken vilayətinin Kak-Sai ərazisində keçirilir”, - xidmətin xəbərində deyilir./“Report”
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top