Aqil Abbas: “Kişi qadını incidirsə, o zaman qadın məhkəməyə, polisə getməlidir”

GÜNDƏM 27 yan 2022, 14:55
Əsrlərdir bizim coğrafiyada yaşayan insanlar özlərinin ailəcanlılığı ilə seçiliblər. Azərbaycanlılar dünyada ən az boşanan xalqlardan olublar. Son illər isə ölkədə dağılan ailələrin sayı durmadan artır. Bundan da ən çox əziyyət çəkən isə uşaqlar olurlar. Bəs, cəmiyyətin özülünü təşkil edən ailə institutları niyə çökür?

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Aqil Abbas Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ailələrinin dağılmasının bir çox səbəbləri var. O qeyd edib ki, ailələr əsasən işsizlikdən, imkansızlıqdan dağılır: 

“Bəzən ağsaqqallar, qarasaqqallar yığışır ki, bu qızı al, bu oğlana ərə get. Nəticədə bəzi vaxtlarda bu ailələr dağılır. Qeyd edim ki, Azərbaycanda kişi və qadınlar həmişə bərabərhüquqlu olub. Onlar süfrədə bərabər oturublar, hətta  qadın ərilə birlikdə müharibəyə də gedib, ot da çalıb, pambıq da yığıb”.

Deputat qeyd edib ki, əgər kişi qadınını incidirsə, o zaman qadın məhkəməyə, polisə getməlidir: “Mən şəxsən qadının döyülməsinə pis baxıram və bunu düzgün addım hesab etmirəm, çünki qadın həm zəif, həm də zərif məxluqdur”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top