Ərdoğan: "Türkiyənin qaza görə İrana borcu yoxdur"

REGİON 27 yan 2022, 00:09

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan nəql olunan qazın texniki problemlər səbəbindən dayandırılmasını şərh edib.

Bu  barədə o, yerli jurnalistlərə verdiyi müsahibə zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, iki ölkənin ortaq maraqları siyasət və təhlükəsizlik sahəsindən kənara çıxır:

“Bizim İrana heç bir borcumuz yoxdur. Bu iddialar yalandır və prezident İbrahimi ilə apardığım danışıqlar zamanı bunu ona dedim. O isə texniki səbəbdən təchizatda 10-15 günlük gecikmə ola biləcəyini söylədi”./apa

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top