Səfir: “3+3” formatı regionda iqtisadi əlaqələrin və etimadın inkişafına töhfə verəcək”

XARİCİ SİYASƏT 26 yan 2022, 12:17
"Rusiya hesab edir ki, "3+3" formatı regionda iqtisadi əlaqələrin və etimadın inkişaf etdirilməsinə töhfə verəcək”.

Demokrat.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

Səfir ötən il çox şey vəd edən "3+3" formatının işə salındığını xatırladıb. Onun sözlərinə görə, burada əsas maraq regionda vəziyyəti sabitləşdirmək və kommunikasiya əlaqələrini bərpa etməkdir.

O bildirib ki, "3+3" formatında iştirak üçün qapı daim Gürcüstanın üzünə açıqdır”.

M.Boçarnikov bu format çərçivəsində növbəti görüşün harada keçiriləcəyi ilə bağlı məlumata malik olmadığını söyləyib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top