Azərbaycanda məktəbdə biabırçılıq: Şagirdlər müəllimin “başına çıxır”

SOSİAL 25 yan 2022, 12:11
Azərbaycanda məktəblərdən birində lentə alınan görüntülər sosial şəbəkələrdə hiddətə səbəb olub.

Videonun hansı təhsil müəssisəsində çəkildiyi məlum deyil. Təəssüf doğuran məqamlar isə şagirdlərin sinif otağında olan müəllimi görməzdən gəlməsidir.

Orta məktəblərin birində şagirdlərin müəllimə qarşı hörmətsizlik edərək ayaqlarını partaların üstünə qaldırması və digər xoşagəlməz hərəkətlərə yol verməsi birmənalı qarşılanmayıb. 

Uşaqların bu cür davranışlara yol verməsi kimin günahıdır: ailənin yoxsa təhsil müəssisəsinin?

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntülərin Azərbaycan məktəblərindən hansısa birində çəkilməsi məsələsi hələ ki, öz təsdiqini tapmayıb:

“Lakin bütün hallarda Təhsil Nazirliyi tərəfindən məsələ ilə bağlı araşdırma aparılır”.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top