UEFA növbəti dəfə "Qarabağ"a ödəniş etdi

İDMAN 25 yanvar 2022, 00:25
UEFA növbəti dəfə "Qarabağ" futbol klubuna ödəniş edib.

Demokrat.az
xəbər verir ki, Ağdam təmsilçisinə Konfrans Liqasının qrup mərhələsinin son 3 oyununda əldə olunmuş 1 qələbə və 1 heç-heçəyə görə 666 000 avro, turnirin qrup mərhələsini ikinci pillədə başa vuraraq play-offa vəsiqə qazandığı üçün 325 000 avro və əlavə bonus olaraq 187 200 avro maliyyə vəsaiti ayrılıb.
 
Ümumilikdə, 1 178 200 avro AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
 
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Fransa "Marsel"i ilə qarşılaşacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top