Otuz illik işğal dönəmində ermənilərin Qarabağ və ətraf rayonlardakı çoxlu sayda tarixi-mədəni abidəni məhv etdiyi, qismən və ya tamamilə dağıtdığı məlumdur. Qeyd edək ki, yaxın vaxtlarda Ağdamdakı İmarət kompleksinin həyətində ermənilərin dağıtdığı tarixi abidələrin bir araya gətirilərək sərgilənməsi planlaşdırılır.
Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov erməni vəhşiliyini ifşa edən bu cür sərgilərin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib:
“Bu, olduqca vacib tədbirdir. Cənab prezidentin rəhbərliyi altında biz torpaqlarımız işğal altında qaldığı dönəmdə BMT başda olmaqla, bütün müvafiq beynəlxalq təşkilatlara, o cümlədən UNESCO-ya, xarici dövlətlərə, onların parlamentlərinə müraciətlər etdik. Biz rəsmi qaydada erməni vəhşiliklərinə öz etirazımızı bildirmişik və əlaqədar qurumları, aparıcı dövlətləri bu dağıntıların qarşısını almağa səsləmişik. Bidlirmişik ki, ermənilər işğalda saxladıqları ərazilərdəki bütün tarixi-mədəni abidələri, dini abidələri, qəbiristanlıqları viran qoyurlar. Lakin həmin qurumlar, dövlətlər bununla bağlı tədbir gördümü? Görmədilər. Hətta bəziləri Azərbaycanın verdiyi məlumatları, səsləndirdiyi etirazları şübhə altına alır, özlərini görməməzliyə, bilməməzliyə vururdular.
Torpaqlarımız işğaldan azad olunandan sonra bu ərazilərə olan çoxsaylı səfərlər, əcnəbi jurnalistlərin, xarici dövlətlərin diplomatik nümayəndələrinin səfərləri nəticəsində Azərbaycanın dedikləri öz təsdiqini tapdı. Əcnəbi jurnalist və diplomatlar öz gözləri ilə erməni vəhşiliklərinin şahidi oldular.
Erməni vəhşiliyinin beynəlxalq aləmdə ifşa edilməsi olduqca vacibdir. Dünya görməlidir ki, ermənilər nə qədər vəhşidir və mədəni dəyərlərə hansı qeyri-insani münasibəti bəsləyir. Buna görə də mən bu cür sərgi və tədbirləri alqışlayır, bunu son dərəcə zəruri hesab edirəm”.