Toğrul Əsgərova vəzifə təklif olundu

İDMAN 24 yanvar 2022, 22:36

Londonda 2008-ci ildə keçirilən Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərov idmançı karyerasını başa vurur.

“Qafqazinfo”nun məlumatına görə, T.Əsgərova Azərbaycan Güləş Federasiyasında vitse-prezident postu təklif olunub.

Uzun müddətdir zədələrlə mübarizə aparan Olimpiya çempionu hələ ki, qərarını verməyib. Onun yaxın günlərdə qərarını açıqlayacağı bildirilir. Böyük ehtimalla Əsgərov karyerasını başa vurub federasiyanın vitse-prezidenti vəzifəsini icra edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top