Pandemiya gömrükdə yükdaşımalara necə təsir edib?

SOSİAL 24 yan 2022, 17:35

Pandemiya dövründə Astara Sərhəd Gömrük Keçid Məntəqəsində gündəlik yük həcmi azalmayıb. 

Bu  barədə Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov məlumat verib. 

O bildirib ki, idxal prosedurlarında yükdaşımaların həcmində pandemiyadan əvvəlki dövrlə müqayisədə kiçik fərq var: "23 yanvar 2019-cu il tarixinə 1 yük maşını, 150 dartıcı, 150 qoşqu ümumilikdə 301 nəqliyyat vasitəsi idxal əməliyyatını həyata keçirib. Dünən, 23 yanvar 2022-ci il tarixinə 2 yük, 143 dartıcı, 143 qoşqu, yəni ümumi 288 nəqliyyat vasitəsi idxal əməliyyatını həyata keçirib. Rəqəmlər arasında çox kiçik fərq var".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top