"Müşfiq Abbasovun komandasının bizimlə heç bir əlaqəsi yoxdur" — Mədəniyyət Nazirliyi

MƏDƏNİYYƏT 24 yan 2022, 15:51
Mədəniyyət Nazirliyi Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adınının “Buta” ilə əvəzlənməsi ilə bağlı yaşanan qalmaqalla bağlı açıqlama verib.

Demokrat.az
xəbər verir ki, nazirliyin Media ilə iş sektorunun müdiri Türkan Cəfərova Missiya.Az-a açıqlamasında bildirib ki, Nazirliyə bu mövzu ilə bağlı heç bir müraciət daxil olmayıb.

“Bildirmək istərdik ki, adı hallanan klubun nazirliklə heç bir əlaqəsi yoxdur”, - açıqlamada bildirilib. 
 
Qeyd edək ki, KVN komandasının bu addımı böyük qalmaqala səbəb olub. Sosial şəbəkə istifadəçiləri və ictimaiyyət nümayəndələri komanda rəhbərliyinin ermənilərin tələbi ilə adın dəyişdirilməsinə etiraz edirlər

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top