Azərbaycanla Qətər arasında viza rejimi ləğv edildi

XARİCİ SİYASƏT 24 yan 2022, 13:24
Azərbaycanla Qətər arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş təsdiqlənib.

Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Sənədə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Saziş təsdiq edilib.

Qeyd edək ki, Saziş 2021-ci il oktyabrın 18-də Bakı şəhərində imzalanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top