BMTM-də “Müharibədən sonrakı reallıqlar və media” adlı təlimlər keçirilir

MEDİA 24 yan 2022, 12:05
Yanvarın 24-də Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Medianın İnkişafı Agentliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkil etdiyi “Müharibədən sonrakı reallıqlar və media” mövzusunda təlimlərin açılışı olub.

Demokrat.az xəbər verir ki, jurnalistlər üçün keçirilən təlimlərin məqsədi Azərbaycandakı media nümayəndələrinin müharibədən sonrakı dövrdəki fəaliyyətlərinə töhfə verməkdir.

Təlimlərin açılış mərasimində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva və başqaları iştirak edirlər.

“Azərbaycanın müharibədən sonrakı dövrədə mövqeyinin beynəlxalq mediaya düzgün çatdırılması dili və terminologiyanın dəyişməsi” , “Media nümayəndələrinin işğaldan azad olunmuş bölgələrdə davranışı” və “Xarici mediada Azərbaycan həqiqətlərinin çatdırılmasına dair məqalələrin yazılması” mövzularında keçiriləcək təlimlər müvafiq istiqamətlərdə nəzərə alınmalı həssas məqamları və digər məsələləri əhatə edəcək.

Bir 13 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top