Ağstafada avtomobil yoldan çıxaraq aşıb, xəsarət alanlar var

SOSİAL 23 yan 2022, 23:32

Ağstafada yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların birinin vəziyyətinin ağır olduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top