Goranboydakı ağır qəzada ölənlərin sayı artdı — YENİLƏNİB

HADİSƏ 23 yan 2022, 13:42
Goranboyda avtomobil qəzasında ölənlərin sayı artıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı xəsarət alanlardan Əliyeva Dilarə (1972) yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Bununla da qəzada ölənlərin sayı 3 nəfərə çatıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
13:42
Goranboyda ağır yol qəzasında ölənlərin və xəsarət alanların kimliyi bəlli olub.


“Report”un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşası zamanı 1969-cu il təvəllüdlü Aybəniz Tanrıveridyeva və onun bacısı, 1964-cü il təvəllüdlü Vəzifə Tanrıverdiyeva ölüb.

Yol qəzasında 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı, 1984-cü il təvəllüdü Orucov İkram İbarahim oğlu və 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

13:05
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbə yolunda baş verib.

Qəza nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya aparılıblar. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top