İki rayonda yanğın baş verdi

SOSİAL 22 yan 2022, 20:54

Goranboy rayonunun Qaradağlı kəndində ümumi sahəsi 48 m² olan avtomobil təmiri sexinin içərisində təmirə dayanan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Demokrat.az FHN-in saytına istinadən xəbər verir ki, sex yanğından mühafizə olunub.

Zaqatala şəhərində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın döşəməsi 20 m² sahədə yanıb, yüksək temperaturdan 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top