İlqar Məmmədov: “Hər ikinci uşağa görə müavinətin təyin olunması üçün...”

GÜNDƏM 22 yan 2022, 16:05
"Ötən il bu vaxtlar demişdim ki, 2021-ci ildə Azərbaycanda doğum sayı anti-rekord vuracaq, hətta 1953-cü ildən bu tərəfə ilk dəfə 110 mindən aşağı düşə bilər. Əsas səbəb kimi, karantin nəticəsində nikahların sayının xeyli aşağı düşməsini göstərmişdim. Başqa səbəblər də var, amma diqqəti hələlik ayrıca bu amil üzərində cəmləmək olar. Rəsmi açıqlamalara görə, 2021-ci ilin 11 ayında ölkədə cəmi 101 min 775 uşaq doğulub. Əgər dekabrda 8225-dən az doğulsa, doğrudan da 68 ilin anti-rekordunu qıracağıq".

Demokrat.az xəbər verir ki, bunu REAL Partiyanın sədri İlqar Məmmədov bildirib.

"Bu, heç də qeyri-mümkün olan şey deyil, çünki doğum sayının nikah sayından asılılığına baxsaq, görmək olar: nikahların azalması 12-13 ay sonra doğum sayında da əlaqəli azalma ilə nəticələnir. 2020-ci ilin sonu toylarsız, sərt, sms-li karantinlə yadda qalıb, yəni 2020-ci ildə onsuz da ümumən 46 faiz azalan nikahlar ilin sonunda artım göstərmədi. Elə isə, 2021-in dekabrında doğum sayında artım gözləmək də düzgün deyil. Seçki rəqəmləri ilə dünyaca məşhur tərzdə oynayan Azərbaycan hökuməti üçün dekabrdakı doğum sayına “əl gəzdirmək” heç də çətin məsələ deyil. 8225 nədir? Lap 10225 də yazar, təki 1953-cü il ilə müqayisədən bir qədər uzaqlaşsın! Ötən il REAL hər ikinci uşağa görə müavinətin təyin olunması üçün demoqrafik səbəblərin yetişdiyini deyəndə, YAP üstümüzə saxta müxalif mövqedən çıxış edənlərin hücum kampaniyasını başlatmışdı. O "ağıllı"ları də unutmayın" - İ.Məmmədov qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top