Yataq xəstəsi olan qadın yanaraq öldü

HADİSƏ 22 yan 2022, 11:06
Masallı rayonunda yataq xəstəsi olan qadın yaşadığı evdə yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Demokrat.az-a verilən məlumata görə, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.

Ümumi sahəsi 63 m² olan 2 otaqlı evin 1 otağının, dəhlizinin yanar konstruksiyaları və dam örtüyü 40 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1942-ci il təvəllüdlü Ələkbərova Cənnət Yaqub qızının (yataq xəstəsi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə bağlı təhqiqat aparılır.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top