Bakıda 54 yaşlı kişini maşın vurdu

HADİSƏ 20 yan 2022, 09:09
Bakıda avtomobil 54 yaşlı kişini vurub.

Demokrat.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Yeddinci mikrorayon ərazisində 1968-ci il təvəllüdlü Hüseynov Eldar Nizami oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top