“Mən onlardan daha ciddi və əsaslı izahatlar gözləyirəm” — Ramiz Mehdiyevdən AÇIQLAMA

GÜNDƏM 19 yan 2022, 23:32

Bu gün AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Dilçilik İnstitutu tərəfindən nəşr olunmuş Orfoqrafiya lüğəti ilə bağlı mətbuatda yazılanlara  münasibət bildirib.

“Orfoqrafiya lüğətinin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlar AMEA rəhbəri kimi məni qane etmir. Mən onlardan daha ciddi və əsaslı izahatlar gözləyirəm”, – deyə AMEA prezidenti bildirib.

Qeyd edək ki, Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətindən “hörümçək” sözü çıxarılması ilə bağlı müzakirələr səngimək bilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top