Saytlara və qəzetlərə maliyyə dəstəyi ilə bağlı müsabiqənin nəticələri açıqlandı — SİYAHI

MEDİA 19 yan 2022, 10:45
Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.

Bu barədə Demokrat.az-a qurumdan məlumat verilib.

Bütövlükdə 39 onlayn media subyektləri müsabiqənin qalibləri olub. Onlardan 32-si ictimai-siyasi, 7-si isə idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləridir. Müsabiqənin qalibləri olan veb-saytlara MEDİA tərəfindən maliyyələşdirilən onlayn media subyektlərinin (veb-saytların) hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstəriləcək.

Bundan əlavə, qurum tərəfindən çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri də məlum olub. Ümumilikdə 16 qəzet müsabiqənin qalibi elan edilib. Bununla da həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 (beş min) manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15000 (on beş) min manat məbləğində maliyyə yardımı göstəriləcək.






Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top