Hacı Zeynalabdin Tağıyevin abidəsini zədələyən şəxslər saxlanıldı — FOTOLAR

HADİSƏ 19 yan 2022, 08:43
Hacı Zeynalabdin Tağıyevin abidəsini zədələyən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

DİN rəsmisi qeyd edib ki, hazırda faktla bağlı araşdırma aparılır.

Heykələ vurulan zərər heykəltəraş tərəfindən aradan qaldırılıb.

Xatırladaq ki, sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin zədələnməsi barədə görüntülər yayılmışdı.




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top